Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağır xəsarət alan sərnişin, 1994-cü il təvəllüdlü Arifə Səlimova hadisə yerində ölüb.
Hadisə zamanı habelə 1992-ci il təvəllüdlü Aygün Quliyeva isə xəsarət alıb. Yaralı A.Quliyeva Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...