Azərbaycanda ağır qəza - Ölən var
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, rayonun Hacıməlik kəndi ərazisində qeydə alınıb.
99-XE-433 dövlət nömrə nişanlı DAF markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkət edən 77-RM-692 nömrə nişanlı MAN markalı yük maşını toqquşub.
Nəticədə MAN markalı avtomobilin sürücüsü Sahib Şair oğlu Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda binanın eyvanı uçaraq restoranın üstünə tökülüb
Nərimanovda 4 mərtəbəli binanın balkonu uçub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə rayonun Akademik Həsən Əliyev küç...