Azərbaycanda ağır qəza - 3 nəfər ölüb, 3 nəfər yaralanıb – FOTO

Azərbaycanda ağır qəza - 3 nəfər ölüb, 3 nəfər yaralanıb – FOTO
Foto
Hadisə 252

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb.

Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.

Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər