Azərbaycanda 8 aylıq uşaq həyatını itirib: Ailənin tək övladı idi
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda 8 aylıq uşaq həyatını itirib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Yuxarı Şilyan kəndində baş verib.
Kənd sakini, 2022-ci il təvəllüdlü Yusif Kamil oğlu Allahverdiyev halı pisləşdiyindən yaxınları tərəfindən Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb. Ölümün dəqiq səbəbi hələ ki, məlum deyil.
Məlumata görə, Ramazan bayramı ərəfələrində Yusifdə qızdırma, qusma kimi əlamətlər müşahidə olunub. Müalicə olunduqdan sonra səhhətində bir qədər yüngülləşmə olsa da bu gün vəziyyəti daha da kəskinləşib. Xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Qeyd edək ki, ailənin evlilikdən sonra uzun müddət övladları olmayıb. Ötən il əkiz övlad sahibi olan ailənin 2-3 aydan sonra uşaqlarından biri ölüb. Yusif ailənin tək övladı olub.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...