Azərbaycanda 77 yaşlı kardioloq vəfat etdi

Azərbaycanın tanınmış həkim kardioloq vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, İlham Cəfərov 77 yaşında dünyasını dəyişib.
Həkim 1948-ci ildə Qazax rayonunun Quşçu-Ayrım kəndində anadan olub.
1969-1974-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb, 1975-1977-ci illərdə hərbi həkim kimi fəaliyyət göstərib. Uzun müddət Sumqayıt şəhər 1 nömrəli xəstəxanada həkim-kardioloq kimi işləyib. Daha sonra 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin olunub.
1998-2018-ci illərdə kardiorevmatoloji şöbənin müdiri olub. Fəaliyyəti dövründə bir sıra təltiflərə layiq görülüb.

Oxşar xəbərlər
Bakıda aliment verməyən 45 yaşlı kişi həbs edildi
Bakıda aliment verməyən kişi həbs edilib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Lənkəran rayon sakini, 1980-ci il təvəllüdlü R.İbrahimov 2008-ci ildə ailə...
