Azərbaycanda 5 otaqlı ev yandı - 2 uşaq son anda xilas edildi - FOTO
Tovuz rayonunun Alakol kəndində 1958-ci il təvəllüdlü Məmmədov Şəmşəd İsa oğluna məxsus ev yanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün gecə saatlarında qeydə alınıb. İki mərtəbəli ümumi sahəsi 500 kv.m olan mənzil tamamilə külə dönüb.
Hadisə zamanı evdə olan 4 nəfərdən ikisi azyaşlı olub.
Ev sahibləri uşaqları çıxaran zaman yüngül xəsarət alıblar.
Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin 3 briqadası cəlb olunub.Alovun qonşu tikiliyə keçməsinin qarşısı alınıb.İlkin ehtimal kimi hadisə elektrik naqillərində yaranan qısa qapanma səbəbindən baş verib.Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qalereya
Oxşar xəbərlər
Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı bilindi
Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğın hadisəsi baş verib.BAKU.WS xəbər veirr ki, FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qə...