Azərbaycanda 45 yaşlı Çeçenistan vətəndaşının qətlinin TƏFƏRRÜATI - VİDEO

Azərbaycanda 45 yaşlı Çeçenistan vətəndaşının qətlinin TƏFƏRRÜATI - VİDEO
Video
Hadisə 288

2019-cu il avqustun 14-də Baş Prokurorluq Sumqayıtda kirayədə yaşayan Çeçenistan vətəndaşı 45 yaşlı Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı məlumat yayıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evdə kişi meyiti, döşəmədə üzərində qan ləkələri olan bıçaq aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Bislan Bakayevin ölümünə sol ağ ciyəri və ürəyi zədələyən 3 yara nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Ayın 14-də cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər Rusiyada məhkumluq yaşamış Tural Muxtarov Binə qəsəbəsində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, avqustun 13-ü saat 18 radələrində Tural Muxtarov milliyyətcə çeçen olan Rusiya vətəndaşı Bislan Bakayev və tanışı Taleh Bədəlovla spirtli içki qəbul ediblər.

Tural Bislanın onunla əl-qol hərəkətləri ilə danışmasını öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edib və masanın üzərində olan bıçaqla Bakayevə zərbələr vuraraq öldürüb.

Tural Muxtarov ifadəsində bildirib ki, 2000-ci ildən 2017-ci ilə kimi Moskva şəhərində yaşayıb, 2013-cü ildə Rusiyada 2 dəfə məhkum olunub.

Azadlığa buraxılandan sonra Azərbaycana qayıdıb və Ağcabədi rayonunda, atasının evində yaşayıb, ev təmiri ustası kimi çalışıb. 2019-cu ilini iyul ayında Bakıya köçüb.

Hadisədən 2-3 gün əvvəl tanışı Taleh Bədəlova zəng vurub 30 manat borcunu qaytarmasını istəyib. İş yoldaşı Sumqayıtda yerləşən zavodda yeni işə başladığını bildirib və ona şərikli işləməyi təklif edib.

Talehlə əvvəllər Cavid adlı şəxs və tanımadığı çeçen əsilli Bislan Bakayev də işləyib. Avqustun 11-də Tural qəsəbədəki evə gəlib, Taleh və digər şəxslərlə görüşüb.

Taleh onu iş yeri ilə tanış edib, sonra isə birlikdə evə gedib yemək yeyiblər.

İlkin olaraq Bislan Bakayev ona xoş təəssürat bağışlayıb. Ayın 13-də onlar yenidən evdə görüşüb, spirtli içki qəbul ediblər.

Saat 18 radələrində Tural sərxoş olan zaman Bislan onunla əl-qolla danışaraq sözünü kəsib. Tural bir neçə dəfə ondan sözlərinə fikir verməsini tələb etsə də, Bakayev buna məhəl qoymayıb.

Əsəbiləşən Tural ayağa qalxıb masadakı bıçaqla Bislanın döş qəfəsinə bir zərbə vurub. Daha sonra boynunu bədəninə sıxıb ki, cavab zərbə endirə bilməsin.

Əlini buraxan kimi Bislan yerə yıxılıb. Тaleh təcili tibbi yardıma zəng vurub. Tural tanışına əsəbiləşib, yumruqla bir neçə dəfə onu vurub. Əlləri və paltarları qana bulaşan Tural hadisə yerindən uzaqlaşıb.

Evdən çıxıb gedəndə Talehin və Bislanın mobil telefonlarını da götürüb. Bakıya, bacısının evinə gedib və hadisəni həmin vaxt evdə olаn qardaşı Sahibə danışıb, qardaşı da ona gedib polisə təslim olmasını deyib. Səhərisi gün polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Muxtarov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər