Azərbaycanda 4 tona yaxın narkotik vasitə və psixotrop maddə müsadirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Azərbaycanda müsadirə edilən narkotik vasitə və psixotrop maddənin miqdarı açıqlanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO
Daxili İşlər Nazirliyi tərəfindən ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməli...