Azərbaycanda 4 polis yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub.
Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.
Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...