Azərbaycanda 30 il əvvəl vəfat edən şəxsin ölüm faktı indi təsdiqlənib

Azərbaycanda 30 il əvvəl vəfat edən şəxsin ölüm faktı indi təsdiqlənib
Hadisə 94

Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda 30 il əvvəl vəfat edən şəxsin ölüm faktı indi təsdiqlənib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Kəngərli Rayon Məhkəməsi qərar qəbul edib.

Ərizəçi bildirib ki, oğlu 23 yanvar 1983-cü ildə Babək rayonunun (hazırda Kəngərli rayonu) Xıncab kəndində doğulub, orada yaşayıb.

O, avqust 1995-ci ildə vəfat edərək Əliabad kənd qəbiristanlığında dəfn olunub.

Ərizəçi oğlunun ölümündən sonra onun uzun müddət xəstə olduğundan ona ölüm haqqında şəhadətnamə almadığını, buna ehtiyac olmadığını qeyd edib.

Ərizəçi qeyd edib ki, hazırda həyat yoldaşından miras qalan Naxçıvan şəhərində evi vərəsə olaraq adına keçirmək istədiyi üçün oğlunun ölüm faktının təsdiqlənməsinə zərurət yaranıb.

Məhkəmənin qərarı ilə 23 yanvar 1983-cü il tarixdə Babək rayonunun Xıncab kəndində doğulan şəxsin avqust 1995-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etməsi faktı müəyyən olunub.

Son xəbərlər