Azərbaycanda 3 nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı dəhşətli qəzadan FOTOlar
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gecə saat 00:10 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndi ərazisində "Mersedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində Ağdaş rayon sakinləri 1961-ci il təvəllüdlü Əhmədova Rahilə Namət qızı, 2008-ci il Əhmədova Rahilə Teymur qızı, 1984-cü il təvəllüdlü Əhmədov Teymur Səməd oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
İsmayılova Dursun Qiyas qızı, Əlizadə Xəzan Fikrət qızı, Əhmədov Təbriz Teymur oğlu, Sadiqli İqbal Elton oğlu ağır xəsarət alıb.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qalereya
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...