Azərbaycanda 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb - YENİLƏNİB

Azərbaycanda 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb - YENİLƏNİB
Hadisə 450

Azərbaycanda 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb.

Bu barədə BAKU.WS-ə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad, soyadı şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N.-i qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***11:58

Azərbaycanda dəhşətli qətl törədilib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər