Azərbaycanda 19 yaşlı tələbə qız babası evinə gedib özünü asdı

Azərbaycanda 19 yaşlı tələbə qız babası evinə gedib özünü asdı
Hadisə 4232
Samuxda baş vermiş intiharın başvermə şəraiti məlum olub.BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayonun Eldar kəndində ötən gün intihar etmiş 19 yaşlı qız Bəsti Yasin qızı Aslanova hadisə zamanı evdə tək olub.B.Aslanova Gəncə şəhərində yerləşən özəl təhsil müəssisələrinin birində tibb üzrə təhsil alırmış. İkinci kurs tələbəsinin Gəncədə kirayədə yaşadığı bildirilir. O, intihardan bir müddət öncə tətilə çıxdığı üçün yaşadıqları babası evinə gedib.Hadisədən bir qədər sonra evə gələn ailə üzvləri B.Aslanovanın özünü kəndirlə asaraq intihar etdiyini görüblər. Gənc qızın intihar səbəbi tam açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda arvadı küsərək evdən gedən kişi özünü asıb

Azərbaycanda arvadı küsərək evdən gedən kişi özünü asıb

Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.BAKU.WS "report"a istinadən xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadı...

1420 Hadisə 17:59 21 iyun 2018

Son xəbərlər