Tələbələrin zəhərləndiyi universitet bufetinin fəaliyyəti məhdudlaşdırıldı

Tələbələrin zəhərləndiyi universitet bufetinin fəaliyyəti məhdudlaşdırıldı
Hadisə 327

Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən tələbələr ambulator müalicəsini davam etdirmək üçün evlərinə buraxılıblar.

BAKU.WS xəbər verir ki, bu bərədə Bizim.media-nın yerli bürosuna Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəzrin Əliyeva məlumat verib.

Onun sözlərinə görə, 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxananın təcili-tibbi yardım bölməsinə daxil olub. Xəstələr həkim müayinəsindən keçirildikdən sonra onlara ilkin zəruri tibbi yardım göstərilib.

Xəstələrin vəziyyəti stabilləşdiyindən 16 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfər müşahidə üçün TTY bölməsində saxlanılıb, sonradan həmin iki nəfər də vəziyyətləri stabilləşdirilmiş şəkildə ambulator müalicə üçün evə buraxılıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə rayon prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

***12:06

Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Hadisə dünən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib. Belə ki, dönər yeyən 18 tələbənin halı pisləşib və xəstəxanaya yerləşdiriliblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.media-ya zəhərlənən tələbələrin vəziyyəti açıqlanıb:

"10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".

***11:05

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***10:24

Qazaxda 18 tələbə zəhərlənib.

Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi bildirilir.

Zəhərləndiyi bildirilən tələbələr aşağıdakılardır:

Sabirabad rayon sakini Ö. Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005), Ağstafa rayon sakinləri Ş.Məmmədova (2005) və N.Hacıyev (2005), Daşkəsən rayon sakini C.İsrafilov (2005), Mingəçevir şəhər sakini S.Əliyeva (2007), Şəmkir rayon sakini N. Əmirova (2004), Beyləqan rayon sakini R.Mədətov (2004), Ağcabədi rayon sakini M.Qasımova (2005), Şamaxı rayon sakini N.Məlikov (2003), Qazax şəhər sakini R.Məmmədli (2006), Gədəbəy rayon sakini G.Bağırova (2005), Kəlbəcər rayon sakini M.Şahbazov (2005), Goranboy rayon sakinləri O.Cəfərov (2004) və A.İsgəndərova (2005).

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra tələbələr evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.

Oxşar xəbərlər

Gəncədə taksi sürücüsünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə taksi sürücüsünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncə şəhərində taksi sürücüsünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İ...

26 Hadisə 09:15 05 dekabr 2024

Son xəbərlər