Azərbaycanda 16 yaşlı qız 59 yaşlı qohumu tərəfindən zorlandı - RƏSMİ

Azərbaycanda 16 yaşlı qız 59 yaşlı qohumu tərəfindən zorlandı - RƏSMİ
Hadisə 1311

Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar rayonun prokurorluq və polis orqanlarında tam və hərtərəfli araşdırılıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən BAKU.WS-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.

Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər