Azərbaycanda 15 yaşlı qız erkən nikahın qurbanı olub - YENİLƏNİB + FOTO
Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.
Məsələ ilə bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, Suraxanı RPİ nin 31-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
Yetkinlik yaşına çatmayan şəxs sığınacağa yerləşdirilib.
Xəsarətlərın dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***17:17
Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, həmin qız erkən nikahın qurbanı olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma başlanılıb:“Əlavə məlumat veriləcək”.
Oxşar xəbərlər
38 yaşlı kişi məktəbli qızı qaçırdı, kirayə qaldığı evdə... – Bakıda AĞLASIĞMAZ HADİSƏ
Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Laləyə (adlar şərti verilib - red.) təcavüz edib. BAKU.WS teleqraf.com-a istinadə...