Azərbaycanda 15 yaşlı oğlan doğum günü faciəli şəkildə öldü

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu uşaqlarla birgə oynayarkən ehtiyatsızlıq edib, həyətin dəmir darvazasını qəflətən üstünə aşırıb.
Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. O, tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, 14 noyabr Fərid Qədirovun ad günü idi, onun 15 yaşı tamam olurdu.
Oxşar xəbərlər
Azərbaycanda toy yasa döndü: Bir ailə məhv oldu - VİDEO
Avqustun 24-də, axşam saat 23:00 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Göyçay şəhər ərazisindən keçən 2-ci kilometrində dörd nəfərin ölümü, yeddi nəfəri...
