Azərbaycanda 14 aylıq körpə qəfil öldü - YENİLƏNİB

Şəki rayonunda körpənin vəfat etməsi barədə açıqlama verilib.
BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, 2021-ci il təvəllüdlü azyaşlı 03.02.2023-cü il tarixində təcili tibbi yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib:
“Hadisə barədə aidiyyəti orqanlara məlumat verilib”.
***10:59
Şəkidə 14 aylıq körpə vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.
Oxşar xəbərlər
Şəkidə toyda qidadan zəhərlənən 7 nəfərin səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB
TƏBİB Şəkidə baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib. Məlumata görə, 20.10.2022-ci i...
