Azərbaycanda 12 yaşlı qız faciəvi şəkildə öldü
12
sen
2019
09:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunda 12 yaşlı qız faciəvi şəkildə vəfat edib.BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə sentyabrın 10-da saat 19:30-da Ağdam rayonu, Eyvazlı kəndində baş verib.Kənd sakini, 2007-ci il təvəllüdlü Gülnar Kamil qızı Baxşəliyeva qoz ağacından asılan kəndir yelləncəkdə yellənərkən ip açılıb. Nəticədə kəndir uşağın boğazına dolanıb və o boğulub.Gülnar Baxşəliyeva ağır vəziyyətdə Gəncə Müalicə-Diaqnostika Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, uşaq xəstəxanada ölüb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
2 yaşlı uşaq faciəvi şəkildə öldü
Gədəbəy rayonunda bədbəxt hadisə 2 yaşlı uşağın ölümünə səbəb olub.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə Qasımovlar ailəsində baş verib.2017...