Azərbaycanda 10-cu sinif şagirdi vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbi sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, məktəbin 10-cu sinif şagirdi İba Zahid oğlu Həmzəyev bu gün dünyasını dəyişib.
Qeyd edilib ki, mərhum şagird sağalmaz xəstəlikdən əziyyət çəkirmiş.
"İqtisadçi olmaq, özünün xeyriyyə idarəsini qurub ehtiyacı olanlara, kimsəsizlərə kömək etmək istəyirdi. Əlindən gələn qədər deyil, daha artıq çalışıb daha çox kömək etmək fikrində idi”, - deyə paylaşımda qeyd edilib.
Adı çəkilən məktəb Biləsuvar rayonunda yerləşən köçkün şəhərciyində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Gəncədə qandonduran hadisə — Azyaşlı qızları zorladı, çılpaq fotolarını çəkdi və ...
Azyaşlı qızları zorlayan, seksual xarakterli hərəkətlər edən, 14 il azadlıqdan məhrum edilən 30 yaşlı oğlan cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət ed...