Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.
BAKU.WS bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan vətəndaşının çamadanlarına və əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli cizgilər müşahidə olunduğundan əsaslı gömrük yoxlaması aparılıb.
Yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2 264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1 200 ədəd siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...