Azərbaycana stomatoloji vasitələrin qanunsuz gətirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları stomatoloji vasitələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib. Vətəndaşa məxsus əşyalara stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən şübhəli təsvirlər müşahidə edilib.
Yoxlama zamanı həmin şəxsin çamadan və çantasında gömrük orqanlarına bəyan edilməyən üç adda 555 ədəd stomatoloji vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...