Azərbaycana Rusiyadan külli miqdarda dərman keçirmək istəyiblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata əsasən, yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
14 min ədəd siqaretin ölkəyə keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21 07" markalı avt...