14 min ədəd siqaretin ölkəyə keçirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21 07" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Komitədən BAKU.WS-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının gizli saxlanc yerlərində xüsusi qaydada hazırlanan paketdə gömrük nəzarətindən gizlədilən, üzərində "King" yazılan 14 000 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Avtomobilində qaçaq yolla araq keçirmək istəyən şəxs yaxalandı - FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Lincoln Mercury” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası...