Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb - FOTO
Hadisə 1090
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Mercedes-Benz C 180" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin sərnişini olan Azərbaycan Respublikası vətəndaşının yükünə "Çarli" ləqəbli kinoloji xidməti it reaksiya verib və çanta əsaslı yoxlanılıb.Nəticədə çantanın tutacaq hissəsində 2 ədəd uzunsov, qara polietilenə bükülü, xalis çəkisi 194.581 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər