Avtomobildən qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb - FOTO
02
okt
2019
15:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz V220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altından gömrük nəzarətindən gizlədilən 1 ədəd "İphone XS Max Space Gray 64 GB" və salonun ön panelinin hava filteri üçün nəzərdə tutulan yerin arxasında olan boşluqlardan 2 ədəd "İphone XS Max Space Gray 256 GB", 1 ədəd İphone XS Max Gold 256 GB", 1 ədəd "İphone XS Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.Faktlarla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Toyota-Camry" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası və...