Azərbaycan tankçıları Çinə qalib gəldi - FOTO
10
avq
2019
17:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışmalarında Azərbaycan Çin Xalq Respublikasına qalib gəlib. BAKU.WS-in məlumatına görə, Moskva vilayətinin Alabino poliqonunda Tank yarışmalarının yarım final mərhələsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə göstərib. Yüksək liqanın yarım final mərhələsində Azərbaycan Respublikasının rəqibləri Çin Xalq Respublikası, Qazaxıstan və Serbiya olub. Yüksək peşəkarlıq göstərən tankçılarımız döyüş texnikasını məharətlə idarə edərək hədəflərin 90%-ini vurub və maneləri ustalıqla keçiblər. Polkovnik Sakit Verdiyevin "Report"un Rusiya bürosuna verdiyi məlumata görə, Azərbaycan komandasının göstərdiyi nəticə yüksəkdir: “Biz hər il hərbi oyunlarda iştirak edirik. İldən ilə nəticələrimizi analiz etsək uğurun göz qabağında olduğunu görmək olar. Bu il Azərbaycan tankçıları güçlü rəqiblərdən sayılan Çin Xalq Respulikasını bütün göstəricilərdə üstələdi.” Ermənistanın iştirakı və Azərbaycana qarşı təxtibatı barədə məlumat verən polkovnik bildirib: “Bu yarışlarda biz Ermənistanı rəqib kimi görmürük, onlar adi mərhələni belə keçə bilmirlər. Onların işi sadəcə təxribat törətmək və iştirak etmək kimi bir illuziya yaratmaqdır”.Qeyd edək ki, tankçılarımızın finala çıxması bütün göstəricilərin hakimlər tərəfindən hesablanmasında sonra məlum olacaq. Final oyunları isə avqust ayının 15-i baş tutacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda toy döyüş meydanına çevrildi - 100 nəfər əlbəyaxa oldu - VİDEO
Bakı şəhərində keçirilən toy məclisində kütləvi dava olub.BAKU.WS “criminal.az”a istinadən xəbər verir ki, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ”...