Azərbaycan sərhədini pozaraq Avropaya miqrasiya etmək istəyən əcnəbilər saxlanılıb
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində 1 nəfər (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Rusiya istiqamətində isə 4 nəfər (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) Pakistan vətəndaşı, "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində 1 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı
Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, əvv...