Azərbaycan-İran sərhədində yanğın - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-İran sərhədində yanğın olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.
Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.
Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.
Oxşar xəbərlər
FHN-dən Badamdarda dağlıq ərazidə baş verən yanğın barədə AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Məlumat verildiyi kimi, 25 iyul 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bad...