Azərbaycan ordusunun tankçıları təlimlərə başlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əlahiddə Ümumqoşun Ordunun tankçıları gecə və gündüz şəraitində keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirirlər.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib. Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.
Plana uyğun olaraq gecə vaxtı çətin relyef və məhdudgörmə şəraitində təşkil olunan məşğələlərdə ekipajların müasir tank texnikaları ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirmələri praktiki məşq etdirilir.
Oxşar xəbərlər
Müdafiə naziri cəbhədə təlim mərkəzi açdı - FOTO
Cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsa...