Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib - VİDEO/FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumata görə, C.Məmmədli altı ay idi hərbi xidmətə yollanmışdı. O, ailədə iki bacının yeganə qardaşı olub.
Allah rəhmət etsin!
Qalereya
Oxşar xəbərlər
Helikopter qəzasında həlak olan hərbçi Beyləqan Şəhidlər xiyabanında dəfn edilib - YENİLƏNİB - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri - baş leytenant Fərid Nağıyev dəfn edilib. BA...