Azərbaycan Ordusunun “Döyüşdə fərqlənməyə görə” medallı hərbçisi faciəvi şəkildə öldü - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.
“Report”un məlumatına görə, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində mayın 12-də qeydə alınıb.
Belə ki, həmin ərazidə “Hyundai” və VAZ markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb.


Oxşar xəbərlər
Azərbaycanın 4 hərbi qulluqçusu həbs edildi - RƏSMİ
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluq...