Azərbaycan Mərkəzi Bankı iki kommersiya bankının vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Bank" ASC və "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, hər iki bankda "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələbləri pozulub.
Nəticədə "Banklar haqqında" qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankların vəzifəli şəxslərinin hər biri 1,5 min manat cərimə edilib.
"Hesabatlıq forması üzrə pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır", - deyə AMB bəyan edib.
Oxşar xəbərlər
İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü
İmişlidə beş yaşlı uşaq velosepedlə traktorun altında qalaraq ölüb. BAKU.WS APA-ya istiandla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Belə...