Azərbaycan Hindistanın ən çox axtarılan kriminal avtoritetlərindən birini ekstradisiya edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hindistanın ötən il Bakıda həbs edilmiş ən çox axtarışda olan kriminal avtoritetlərindən biri sayılan Mayank Sinqhi ölkəsinə ekstradisiya edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Hindistanın Antiterror Bölməsinin bir qrup əməkdaşı Sinqhi Bakıdan Çarkand ştatının paytaxtı Rançiyə çatdırıb.
Sinqh Çarkandın xaricdən ekstradisiya edilmiş ilk qanqsteridir. O, İnterpolun qırmızı bildirişi ilə uzun müddət beynəlxalq axtarışda olub.
Sinqh Hindistandan qaçmazdan əvvəl Racastan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.
Ona qarşı 45 cinayət işi qaldırılıb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...