Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Azərbaycana "Uşaq oyuncaqları" adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib.
BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Komitənin Bakı Baş Gömrük İdarəsinin "Abşeron" gömrük postunda Çindən gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində "yumşaq oyuncaq" kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.
Qalereya
Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Pirotexniki vasitələr satan 20 nəfər saxlanıldı
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirl...