Azərbaycan gömrükçüləri "Brokoli və kahı" yükündən narkotik vasitə aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib.
BAKU.WS bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "Brokoli və kahı" yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin "Cənub-Astara" gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib. Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Krımda güclü partlayış anı videoya düşüb
İnternetdə Krımda güclü partlayış anının görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, kadrlar yerli teleqram kanallarında paylaşılıb. Bildirilib ki, ərazidə gü...
