Azərbaycan gömrükçüləri 100 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda "kələm" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindən kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş və ümumi təmiz çəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Abbasqulu ağa Bakıxanovun doğuluyb böyüdüyü ev qəzalı vəziyyətə düşüb
Abbasqulu ağa Bakıxanovun Bakının Əmircan qəsəbəsində doğulub boya başa çatdığı ev şiddətli yağışlardan sonra qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, b...