Azərbaycan gömrükçüləri 5 kiloqramdan çox gümüş zinət əşyaları aşkar edib - FOTO

Azərbaycan gömrükçüləri 5 kiloqramdan çox gümüş zinət əşyaları aşkar edib - FOTO
Hadisə 0

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd klon, 134 ədəd boyunbağı-klon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5 200 qram gümüş zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan gömrükçüləri 5 kiloqramdan çox gümüş zinət əşyaları aşkar edib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər