Ölkədən yarım kilo qızıl çıxarmaq istəyən şəxs yaxalandı – FOTO

05
dek
2018
15:49
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Azərbaycandan gedən, Rusiya vətəndaşına məxsus "VAZ 21150" markalı avtomobil saxlanılıb.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmayan 500 qramdan çox qızıl məmulatları müəyyən olunub.Belə ki, avtomobilin salonunda - arxa oturacağın arxasında olan gödəkçənin sağ yan cibindəki bir ədəd polietilen paketin içərisində, 137 qram 10 ədəd qızıl üzük-sırğa dəsti, 26 qram 2 ədəd qızıl qolbaq və 8 qram 1 ədəd qızıl üzük,ön sol oturacağın ayaq əyləcinin altındakı örtüyün arxasında - 2 ədəd polietilen paketin içərisində isə, 223 qram 15 ədəd qızıl üzük-sırğa dəsti, 42 qram 6 ədəd qızıl üzük,28 qram 3 ədəd qızıl qolbaq, 35 qram 5 cüt qızıl sırğa, 28 qram 4 ədəd qızıl boyunbağı və 6 qram 3 ədəd qızıl kulon aşkarlanıb.Faktla bağla araşdırma aparılır.BAKU.WS








Oxşar xəbərlər
"Yaşıl kanal"da külli miqdarda qızıl zərgərlik məmulatları aşkarlandı
Gömrükçülər külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.BAKU.WS xəbər verir ki, bu barədə Dövl...
