Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlandı

Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlandı
Hadisə 716

Azərbaycan çempionunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü Arzuman Abbasovun yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, hadisə ötən gün Ramana qəsəbəsi Bünyatzadə küçəsində ev 30/2-də qeydə alınıb. Həmin mənzildə yaşayan 2002-ci il təvəllüdlü Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Onu da qeyd edək ki, Arzuman Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

Oxşar xəbərlər

Bakıda qəfil dünyasını dəyişən tanınmış idmançının görüntüləri - VİDEO

Bakıda qəfil dünyasını dəyişən tanınmış idmançının görüntüləri - VİDEO

Dəm qazından boğularaq dünyasını dəyişən Arzuman Abbasov haqqında sosial şəbəkələrdə görüntülər paylaşılır. BAKU.WS xəbər verir ki, tanınmış idmançının yaxınla...

3327 Hadisə 08:51 03 fevral 2020

Son xəbərlər