Aktyor Azər Baxşəliyevin SON VƏZİYYƏTİ
Azər Baxşəliyevin vəziyyəti stabil ağır olaraq qalır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.
Qeyd edək ki, aktyor uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi.
***17:56
Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti yenidən bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.
Qeyd edək ki, vəziyyəti həddən artıq ağır kritik olaraq qalır.
***16:52
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.
Bu barədə klinikadan məlumat verilib.
***16:22
"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".
Bu barədə Oxu.az-a onun həmkarı İlkin Həsəni məlumat verib.
O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
***15:55
Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri olan Azər Baxşəliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu kədərli xəbər barədə aparıcı Fərid Rzayev sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, aktyor uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi və böyrək köçürmə əməliyyatı üçün donor axtarışında idi. Təəssüf ki, onun bu həyati mübarizəsi sona çatdı.
Azər Baxşəliyev tamaşaçılar arasında daha çox "Ağsaqqal" obrazı ilə tanınıb və sevilib. Onun sənəti, yaratdığı obrazlar və səhnədəki parlaq ifaları həmişə yaddaşlarda qalacaq.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib. Uzun illər Azərbaycan idma...