AZAL-ın qəzaya uğrayan təyyarəsindəki sərnişinlərin xəstəxanaya çatdırılma anı
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində xəsarət alanların xəstəxanaya çatdırılma anının görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Oxşar xəbərlər
Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb
Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində işləy...