AZAL: Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.
BAKU.WS quruma istinadən xəbər verir ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...