Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, martın 3-də gecə saatlarında Laçın rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılmış və aidiyyatı üzrə Füzuli RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.
Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Minaya düşərək ölən Bəxtiyar Talışa getdiyi üçün iki dəfə cərimələnibmiş
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəh...