Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Anar Abdula oğlu Nəcəfxanov və 1985-ci il təvəllüdlü Əhməd Fərhad oğlu Əliyevin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...