Axtarışa verilən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib

Azərbaycan vətəndaşları Məmmədov Ramil Ramiz oğlu və Təhməzov Elçin Bayram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Bosniya və Herseqovinanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Baş Prokurorluqdan bildirilib.
Bildirilib ki, həmin şəxslərin qabaqcadan əlbir olan şəxs halında quldurluq etmə cinayət əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan edilib.
İyunun 12-də Ramil Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Elçin Təhməzovun Azərbaycana gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bulvarda həyəcanlı anlar - 26 yaşlı kişi xilas edildi - ANBAAN VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhl...
