Avtoxuliqanlıq edərək qazi ailəsi olan maşını vuran şəxslə bağlı araşdırma başladıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün günorta saatlarında Nərimanov rayonu, Heydər Əliyev prospektində BMW markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək qəza törədib.
Bu barədə Vətən müharibəsi iştirakçısı, qazi Əli Əhmədli məlumat paylaşıb. O bildirib ki, sürücü dostunun avtomobilini vurub. Həmin vaxt Əli Əhmədli və ailəsi də maşında olublar.
“Vuran zaman yeddi aylıq qızım, dostum, yoldaşım və mən çox pis qorxduq. Qızımı bir saata qәdәr sakitlәşdirә bilmәdik, vurub qaçdı. Adam utanmaz-utanmaz videonu “TikTok”a yerlәşdirib. Çox xahiş edirik, bu adam saxlanılsın vә gәlib bizә dәyәn ziyanı ödәsin. Bizdәn üzr istәmәlidir. Bu nә özbaşınalıqdır?” - deyə o qeyd edib.
BAKU.WS xəbər verir ki, Əli Əhmədlinin oxu.az-a verdiyi məlumata görə, problem artıq həll olunub:
“Dünәn məsələ ictimailәşəndәn sonra həmin şəxs bizimlə əlaqə saxlayaraq tәzminat mәsәlәsini öhdәliyinә götürdü. Mәndәn dә, ailәmdәn dә üzr istədi, hәr şey yoluna qoyuldu”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə açıqlamasında qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntüdən məlumatlıdırlar və araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...