Avtoqəza iştirakçıları hansı halda yerlərini tərk edə bilərlər?
Maddi zərərlə nəticələnən və xəsarət alan olmayan yol-nəqliyyat hadisələri zamanı sürücülərə yolun hərəkət hissəsini uzun müddət bağlı saxlamamaq tövsiyə olunur.
BAKU.WS xəbər verir ki, bununla bağlı DYP sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, belə hallarda tərəflər arasında təqsirlə bağlı mübahisə yoxdursa, hadisə barədə polisə məlumat verildikdən sonra nəqliyyat vasitələri yolun hərəkət hissəsindən kənarlaşdırılmalıdır. Qəza baş verdikdə ilk növbədə qəza işıq siqnalı yandırılmalı, qəza dayanma nişanı yerləşdirilməli və polisə məlumat verilməlidir.
Həmçinin vurğulanıb ki, avtomobillərin yolun hərəkət hissəsində saxlanılması digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur və süni tıxacların yaranmasına səbəb olur. Belə hallarda qanunvericiliyin tələblərinə uyğun şəkildə yolun boşaldılması vacibdir.
Bildirilib ki, yolun hərəkət hissəsində lüzumsuz gözləmə yeni qəzaların baş vermə riskini artırır və nəqliyyatın hərəkətini çətinləşdirir.
Sonda sürücülər məsuliyyətli olmağa çağırılıb və qeyd edilib ki, yol hərəkəti qaydalarına əməl etmək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Oxşar xəbərlər
Səbaildə səhərdən başlayan yanğın davam edir: Külək alovu ətrafa yayır
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunun ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. B...