Avtomobillərdə qanunsuz dərman preparatları aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobillərdə gizlədilən dərman preparatları aşkar edilib.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn "DAF" və "Mercedez Benz" markalı yük avtomobillərinə "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttində baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 5708 həb, 3150 kapsul, 590 ampula, 10 flakon müxtəlif adda dərman preparatları, 1780 ədəd tibbi şam və kremlər, eləcə də 1 ədəd "Canon" markalı fotoaparat və həmin fotoaparata məxsus aksesuarlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gömrükçülərdən gizlədilən mallar müsadirə olundu
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gö...