Avtomobilinə səhvən cərimə yazıldı - Baş DYP-dən açıqlama

Avtomobilinə səhvən cərimə yazıldı - Baş DYP-dən açıqlama
Foto Açıqlama
Hadisə 979

"Avtomatik rejimdə aşkarlanma zamanı nömrə nişanının çirkli olması səbəbindən bir rəqəmin texniki səhv nəticəsində xüsusi texniki vasitə tərəfindən yalnış oxunması baş verib".

Bu, BAKU.WS-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən açıqlama bildirilib.

"Lakin cərimənin sistemə inteqrasiyası zamanı bu səhv dərhal aradan qaldırılmış və düzgün məlumatlar qeydiyyata alınmışdır. Belə halların qarşısını almaq məqsədilə müvafiq texniki tədbirlər davamlı olaraq həyata keçirilir", - məlumatda qeyd olunub.

***10:42

Sumqayıt sakininin başına iş gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

Şikayətçi bildirib ki, ona aid olmayan avtomobilin cəriməsi həmin şəxsə göndərilib.

"Bu maşın mənim deyil. Avtomobilim boz rəngdədir, cərimə bildirişindəki nəqliyyat vasitəsi isə ağdır. Həmçinin şəkildəki maşının nömrəsi 989-la bitir. Cəriməni də mənə göndəriblər. Cərimənin yazıldığı yer Bakıdır, mən Sumqayıtda qalıram. Cərimə yazılan saatda evdə yatırdım", - deyə o, paylaşımnda qeyd edib.

Banu Hüseynli

Oxşar xəbərlər

Bloger-jurnalist İlhami Nəsibov həbs edilib

Bloger-jurnalist İlhami Nəsibov həbs edilib

Ağdamda rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub. BA...

195 Hadisə 17:11 17 avqust 2025

Son xəbərlər